Bakı. Trend:
“Pullman Hotels and Resorts” otelində “ Star Kids Group” şirkətinin təşkilatçılığı ilə “Qış Nağılı 2019” adlı Kids Fashion Show yarışması keçirilib.
Trend-in məlumatına görə, müsabiqədə 4-14 yaş arasında uşaqlar iştirak etdi. “Qış Kolleksiyası“ a həsr olunmuş tədbirdə 70 model və 10modelyer iştirak etdi. Modellərin 40 qız, 30 oğlan idi. Tədbirdə Azərbaycanın məhşur simaları modelyer-dizaynerlər, xalq artistləri və əməkdar artistlər iştirak etdi.
Münsiflər heyətinin sədri ənənəvi olaraq tanınmış modelyer-dizayner Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova idi. Münsiflər heyəti: Sahibkar Qadınlar İctimai Birliyi sədri Zemfira Ağayeva, Xalq artisti Məleykə Əsədova, "Yes" Moda Evinin rəhbəri, modelyer-dizayner Yeganə Sadixova, müğənni Yaşar Yusub, Azerbaijan Best Model 2004-n qalibi İlqar Əliyev, "Buta" körpələr evi, uşaq bağçası rəhbəri Günay Ağamali, Kids Best Model Azerbaijan qalibi Amira Səfərova.
“Star Kids Group” direktoru Aygün Əliyev: "Məqsədimiz Azərbaycanda xüsusi istedada malik olan uşaqların və gənclərin yaradıcılıq potensialını inkişaf etdirməklə yanaşı onları ilk öncə vətənimizdə, daha sonra ölkə xaricində tanıtmaqdır!"
Ən yaxşıları müxtəlif nominasiyarda mükafatlandırıldı.
İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az