...

Londonda azərbaycanlı rəssamların əsərləri sərgilənir (FOTO)

Mədəniyyət Materials 2 Mart 2020 10:40 (UTC +04:00)
"The New Verge” adlanan sərgidə Azərbaycanın görkəmli rəssamları - Əşrəf Murad və Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilovun əsərləri nümayiş olunur.
Londonda azərbaycanlı rəssamların əsərləri sərgilənir (FOTO)

Bakı. Trend:

Böyük Britaniyanın paytaxtı Londonda yerləşən “Gazelli” İncəsənət Evində azərbaycanlı rəssamların əsərlərindən ibarət sərgi açılıb.

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata əsasən, "The New Verge” adlanan sərgidə Azərbaycanın görkəmli rəssamları - Əşrəf Murad və Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilovun əsərləri nümayiş olunur.

Tədbiri giriş sözü ilə açan “Gazelli” İncəsənət Evinin direktoru Mila Əsgərova Azərbaycanın incəsənət xadimlərinin Britaniyada tanıdılmasının vacibliyini vurğulayıb.

Daha sonra çıxış edən Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov Londonda belə sərginin keçirilməsindən məmnunluq duyduğunu ifadə edib.

Sərgidə Azərbaycanın Britaniyadakı səfiri Tahir Tağızadə, diplomatik korpusun üzvləri, Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva və xarici qonaqlar iştirak ediblər.

Sərgi aprelin 4-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti