...

Beynəlxalq Muğam Mərkəzi görkəmli muğam ifaçıları haqqında onlayn mühazirələri davam etdirir

Mədəniyyət Materials 13 Aprel 2020 20:47 (UTC +04:00)
Beynəlxalq Muğam Mərkəzi görkəmli muğam ifaçıları haqqında onlayn mühazirələri davam etdirir

Bakı. Vüqar İmanov - Trend:

Beynəlxalq Muğam Mərkəzi (BMM) karantin günlərinin elan edildiyi ilk günlərdən mütəmadi olaraq müxtəlif konsert, elmi-nəzəri və tədqiqat xarakterli layihələrlə tamaşaçıların görüşünə gəlir və onlayn şəkildə öz “Facebook” və “Instagram” səhifəsindən izləyicilərə mədəni xidmət göstərməkdə davam edir.

Trend-in məlumatına görə, BMM-nin foyesində büstləri qoyulan muğam korifeylərimiz haqqında məruzələri növbəli şəkildə Mərkəzin "Unudulmayanlar" layihəsinin koordinatoru Gülhüseyn Kazımlı və musiqişünas, professor Nailə Rəhimbəyli təqdim edir.

Mühazirələrdə bu günə kimi görkəmli muğam ifaçıları Bülbülcan, Məşədi Məmməd Fərzəliyev, tar ifaçısı Mirzə Fərəc Rzayev, Seyid Şuşinskinin həyat və yaradıcılığından söz açılıb. Layihə izləyicilər tərəfindən maraqla qarşılanır.

Xatırladaq ki, BMM-nin foyesində büstü qoyulan görkəmli muğam ustadları ilə bağlı mühazirələr davamlı olacaq.

Qeyd edək ki, layihənin məqsədi insanları incəsənətə, muğam irsimizə bir addım daha yaxın etmək və milli musiqi alətlərimiz, muğam korifeylərimizi böyük auditoriyaya tanıtmaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti