...

“Muğam Televiziya Müsabiqəsi” laureatlarının konserti olub

Mədəniyyət Materials 28 May 2020 16:25 (UTC +04:00)
“Muğam Televiziya Müsabiqəsi” laureatlarının konserti olub

Bakı. Trend:

Beynəlxalq Muğam Mərkəzindən (BMM) "Bizi birləşdirən mədəniyyət” layihəsi çərçivəsində gənc xanəndələrin konserti təqdim edilib. Müxtəlif illərdə “Muğam Televiziya Müsabiqəsi”nin qalibləri olan ifaçılar hazırda fəaliyyətləri ilə bağlı məlumat verib, müsabiqədə iştirakları ilə bağlı yaddaqalan anları tamaşaçılarla bölüşüblər.

Trend-in məlumatına görə, BMM-nin solistləri və Muğam Televiziya müsabiqəsinin qaliblərinin iştirak etdiyi verilişdə xanəndələrin ifasında muğam və təsniflər, bəstəkar mahnıları səsləndirilib. Solistlər BMM ilə gercəkləşən layihələr eləcə də muğam sənətimizdə gənclərə dövlətin diqqət və qayğısından söz açıblar. Gənclərə dəstəyə görə təşəkkürlərini ifadə ediblər.

Qeyd edək ki, “Bizi birləşdirən mədəniyyət” layihəsinin çəkilişləri həftəiçi canlı olaraq BMM-dən yayımlanır. Canlı yayımlar, eyni zamanda, BMM -nin “Facebook” səhifəsindən də təqdim edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti