Bakı. Trend:
5 - 12 iyul 2020-ci il tarixdə Azərbaycan Gənclər İttifaqı (AGİ) və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq qiyabi “Beynəlxalq İncəsənət Müsabiqəsi” keçiriləcək. 5 iyul tarixindən ərizələr və materilların qəbulu başlayacaq, 12 iyul tarixində bitəcək və həmin gün münsiflər heyətinin qiymətləndirməsi başa çatacaq.
Azərbaycan Gənclər İttifaqının İdarə Heyətinin üzvü Əziz Əzizov Trend-ə bildirib ki, koronavirusla əlaqədar ölkəmizdə aylardır ki, bir çox sahələrin fəaliyyəti dayandırılıb, eləcə də mədəniyyət sahəsində: "Hər zaman Beynəlxalq müsabiqələr edib, gənclərə dəstək olan təskilat olaraq bildirmək istəyirəm ki, çalışdığımız qədər qiyabi işləri davam elətdiririk. Artıq bir neçə hazır layihələrimiz var, bunlardan bəziləri artıq reallaşıb. Toplu şəraitdə yarışmalar və tədbirlərin keçirilməsinə icazə verilmədiyi üçün Azərbaycanda ilk dəfə yenilik edərək, qiyabi “5-ci Beynəlxalq İncəsənət Müsabiqəsi” keçirmək qərarına gəldik. Müsabiqədə seçimlər hər zaman olduğu kimi şəffaf olacaq. Düşünürəm ki, müəllimlər və iştirakçılar üçün də uzun zamandan sonra uğurlu bir müsabiqə olacaq. Qeyd edim ki, ilk dəfədir modelyer dizayner və təsviri sənət üzrə də yarışma keçiririk. Çünki bu sahəni öyrənən gəncləri müsabiqəsiz və boş saxlamaq olmaz”.
Azərbaycan Rəqs Assosiasiyasının baş katibi Natavan Zeynalova isə bildirib ki, Beynəlxaq İncəsənət (Art Olimpia) müsabiqəsi artıq 5 ildir ki, təşkilat tərəfindən keçirilir: "Art Olimpia müsabiqəsi 2 gün keçirilidi. Yarışmada hər il iştirakçı sayı artmaqda idi. Sonuncu dəfə 2019-cu ildə keçirilən yarışmada 7 min iştirakçı vardı və yarışmaya tək bölgələrimizdən deyil, xarici ölkələrdən qatılanlar da vardı. Bu il də yarışma mayda baş tutacaqdı və artıq Rusiyanin 3 regionundan, Ukraynadan, Özbəkistandan, Qazaxıstandan, Türkiyədən, İrandan və Gürcüstandan iştirakçılar qeydiyyatdan keçmişdilər. Bu müsabiqədən əlavə, regionlarımızda da yarışmalar keçiririk. Hər il keçirilən yarışmalardan artıq bəllidir ki, mədəniyyət sahəsinə maraq çoxdur və yetərincə istedadlı gənclərimiz də var. Bu yarışmalarla bir çox istedadları tapıb üzə çıxarmağa vəsilə olmuşuq. Ümid edirəm ki, dünyada yaranan bu problem tezliklə aradan qalxar, işlərimizə qaldığımız yerdən davam edərik”.
Azərbaycan Gənclər İttifaqının koordinasiya şurasının sədri Mikayılzadə Çinarə deyib: “Azərbaycan Gənclər İttifaqı illərdir ki, fəaliyyət göstərir. Bu zamana kimi gənclər üçün çox mühüm işlər görülüb. Dünya miqyaslı tədbirlərdə iştirak edib, Beynəlxalq yarışmalar keçirib, bir çox tədbirlərə də ev sahibliyi etmişik. AGİ-nin 300 nəfərdən çox könüllü gəncləri var. Gənclərlə bağlı çox uğurlu layihələr icra edilib və hələ də icra edilməkdədir. Pandemiya ilə bir çox iş yerləri bağlansa da, qiyabi işlərimizi davam etdiririk. Bu yaxınlarda AGİ-nin özünəməxsus mahnısı hazırlandı və könüllü gənclərimiz tərəfindən səsləndirildi. Təşkilatımızın adından da bəllidir ki, biz hər zaman gəncləri düşünür və onlara dəstək oluruq. Qarşıda yeni işlərimiz var. Düşünürəm ki, bu işlər çox uğurlu, gənclər üçün də səs gətirəcək bir iş olacaq. Bu zamana kimi istər Bakıdan, istərsə də, regionlarımızdan bir çox istedadlı gənclər tapıb üzə çıxarmışıq və əlimizdən gələn bütün dəstəyi göstərmişik. Gənclər bizim gələcəyimizdir, biz hər zaman onlara dəstək olub, birlikdə uğurlu işlərə imzalar atacağıq”.
Müsabiqədə bütün incəsənət növləri iştirak edə bilər: simli alətlər, nəfəs alətləri, klaviatura alətləri, bədii qiraət, tamaşa, klassik, estrada və xalq vokalı, bütün rəqs növləri, modelyer-dizayner, rəssamlıq və s.
İştirakçılar yaş kateqoriyalarına bölünürlər:
Obyektivlik və dürüstlük naminə, çıxışlar zamanı iştirakçıların hansı studiya və ya məktəbi təmsil etdikləri açıqlanmır (bu proses mükafatlandırma zamanı açıqlanır). Seçim iştirakçının qeydiyyat nömrəsi ilə aparılır. Münsiflər heyəti tərəfindən çıxışlar texnika, kompozisiya, imic, şou kriteriyaları baxımından qiymətləndiriləcək.
Münsiflər heyəti yüksək ixtisaslı mütəxəssislərdən, Azərbaycanın əməkdar mədəniyyət və incəsənət xadimlərindən ibarətdir. Müsabiqənin təşkilat komitəsi münsiflər heyəti ilə əlaqəli deyil! Münsiflər heyəti mükafat verməmək, ayrı-ayrı yerləri öz istəyi ilə dublikat vermək hüququna malikdir.
Qeydiyyat üçün əlaqə:
+994 50 250 22 93/96
İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az