...

İtaliyada vəfat edən tanınmış vokal sənətçisi Bakıda dəfn ediləcək

Mədəniyyət Materials 17 Avqust 2020 11:33 (UTC +04:00)
İtaliyada vəfat edən tanınmış vokal sənətçisi Bakıda dəfn ediləcək

Bakı. Asif Mehman - Trend:

4 avqust tarixində İtaliyanın Milan şəhərində 49 yaşında vəfat etmiş Eldar Əliyev Bakı şəhərində dəfn ediləcək.

Bu barədə Trend-ə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Azərbaycan və İtaliyanın musiqi mədəniyyətini özündə birləşdirən Eldar Əliyevin dəfn mərasiminin Bakı şəhərində hər iki ölkənin rəsmi nümayəndələrinin, sənətsevərlərinin iştirakı ilə təntənəli şəkildə keçirilməsi və böyük vokalçının xatirəsinin yaşadılması Azərbaycan Hökuməti tərəfindən təşkil ediləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti