...

ABŞ-da "Billboard Music Awards" musiqi mükafatları təqdim olunub

Mədəniyyət Materials 24 May 2021 13:32 (UTC +04:00)
ABŞ-da "Billboard Music Awards" musiqi mükafatları təqdim olunub

Bakı. Orxan Nəbiyev - Trend:

ABŞ-ın Los-Anceles şəhərində "Billboard Music Awards" musiqi mükafatları təqdim olunub.

Trend-in məlumatına görə, kanadalı müğənni "The Weeknd" 10 kateqoriya üzrə, o cümlədən "Ən yaxşı ifaçı", "Ən yaxşı kişi ifaçı" və "Hot 100 reytinqində ən yaxşı ifaçı" mükafatlarını qazanıb.

Rep musiqiçisi "Pop Smoke" ölümündən sonra beş mükafata layiq görülüb.

Cənubi Koreyanın "BTS" qrupu və puerto-rikolu müğənni Benito Okasio dörd mükafat alıb.

Teylor Svift "Ən yaxşı qadın ifaçı", Ledi Qaqa "Ən yaxşı rəqs musiqisi ifaçısı" və "Ən yaxşı rəqs albomu" kateqoriyalarında qalib adını qazanıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti