...

Qəbələ emalatxanasında son iki ilin ən böyük xalçası kəsilib - 57 kiloluq Quba xalçası (FOTO)

Mədəniyyət Materials 6 İyul 2021 14:31 (UTC +04:00)
Qəbələ emalatxanasında son iki ilin ən böyük xalçası kəsilib - 57 kiloluq Quba xalçası (FOTO)

Bakı. Trend:

“Azərxalça”nın Qəbələ emalatxanasında bu gün son iki ilin ən böyük xalçası kəsilib. 24 kv. metrlik (4x6) xalça 57.2 kq-dır.

Trend-in məlumatına görə, “Pirəbədil” çeşnili Quba xalçasının toxunmasına toxucularımız – Nəsirova Aygün, Şəkərxanova Xatirə və Sarıyeva Ülviyyə hələ 2018-ci ilin aprel ayında başlayıblar. COVID-19 pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə xalçanın toxunması dayandırılıb. 1 il müddətində xalçaya güvə düşməməsi üçün müntəzəm olaraq dərmanlama prosesi aparılıb. 2021-ci ilin aprel ayından istehsalatın bərpa olunması ilə əlaqədar xalçanın toxunuşu davam etdirilib və iyul ayında xalça kəsilərək dəzgahdan götürülüb.

Böyük ölçülü xalçaları toxucular adətən 1il - 1 il 3 ay müddətində toxuyurlar.

Xatırladaq ki, emalatxanaların hər birində xalçalara baxmaq və əldə etmək imkanı mövcuddur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti