...

İşğaldan azad olunan ərazilərimizdə 800-ə yaxın arxeoloji abidə mövcuddur - Tarix İnstitutunun əməkdaşı

Mədəniyyət Materials 16 Noyabr 2021 11:20 (UTC +04:00)
İşğaldan azad olunan ərazilərimizdə 800-ə yaxın arxeoloji abidə mövcuddur - Tarix İnstitutunun əməkdaşı

Bakı. Fərid Zöhrabov - Trend:

İşğaldan azad olunan ərazilərimizdə 800-ə yaxın arxeoloji abidə mövcuddur. Bunlardan Azıx mağarası, Tağlar mağarası dünya əhəmiyyətli mağaralardır.

Bunu Trend-ə AMEA A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov deyib.

O bildirib ki, erməni işğalçıları Azıx mağarasını silah-sursat anbarına çevirmişdilər:

"Sonradan erməni arxeoloqları və onların tutduqları muzdlu xarici arxeoloqlar tərəfindən Azıx mağarasında qanunsuz qazıntı aparılıb. Ermənilər burada “öz əcdadlarının izlərini” axtarırdılar. Amma bütün dünya bilirdi ki, Azıx mağarası Azərbaycan xalqının əcdadlarının yaşadığı mağara olub və ölkəmizə, xalqımıza aid maddi mədəniyyət abidəsidir.

Torpaqlarımız keçən il erməni işğalından azad olunduqdan sonra şahid olduq ki, ermənilər yalnız Azıx mağarasında deyil, işğal altında olan digər mağaralarımızda da analoji saxtakarlıq işləri həyata keçirib, qanunsuz qazıntılar aparıblar. Ümumilikdə Azıx mağarası və digər mağaralarımız, arxeoloji abidələrimiz yenidən tədqiq olunmalıdır.

Azıx mağarasında bərpa işləri aparılmalı və mağara açıq hava altında muzeyə çevrilməlidir. Bu Qarabağın turizminə müsbət təsir edə bilər. Ərazi tam təhlükəsiz hala gəldikdən sonra düşünürəm ki, həmin yerlərdə elmi-tədqiqat işləri aparılacaq."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti