Bakı. Trend:
“ARTCIRCLE” layihəsi Azərbaycanda dünyanın müxtəlif ölkələrindən olan rəssamları tanıtmaq, onların yaradıcılığı ilə yaxından tanış olmaq və Azərbaycanın incəsənəti barədə xarici auditoriyalara məlumat verməyin yeni alətlərini tapmaq, həmçinin mədəni müxtəlifliyin təmin edilməsinə töhfə vermək məqsədilə həyata keçiriləcəkdir.
Dünyada, xüsusilə mədəni sahədə baş verən proseslər, incəsənətdə sürətlə dəyişən tendensiylar və yeniliklər yeni əməkdaşlığa, qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinə, xarici rəssamlarla fikir mübadiləsinin aparılmasına zərurət yaradır.
Bu baxımdan, start verilən yeni layihə ölkəmizdə incəsənət
sahəsində mütəxəssisləri, həmçinin yerli rəssamları, həvəskarları
xarici rəssamlarla virtual məkanda tanış edəcək, onların
təcrübəsindən faydalanmağa, innovativ ideyalarını bölüşməyə təşviq
edəcək.
“Zoom” proqramı vasitəsilə müsahibə formatında keçirilməsi
planlaşdırılan “ARTCIRCLE” layihəsinin video-materialı Azərbaycan
Dövlət Rəsm Qalereyasının rəsmi saytı (www.azgallery.az),
"Facebook" və "İnstagram" sosial media hesabları vasitəsilə
yayımlanacaq.