...

Ruhəngiz Qasımovanın cənazəsi Honkonqdan Bakıya gətiriləcək

Mədəniyyət Materials 10 Oktyabr 2022 17:16 (UTC +04:00)
Ruhəngiz Qasımovanın cənazəsi Honkonqdan Bakıya gətiriləcək
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Tanınmış bəstəkar, dramaturq, publisist və şairə, Azərbaycanın Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımovanın vəfatı ilə əlaqədar onun Honkonqda yaşayan qızı Canana xanımla əlaqə saxladıq və Ruhəngiz xanımın nəşinin Azərbaycana gətirilməsi üçün Diasporla İş üzrə Dövlət Komitəsi olaraq bütün lazım olan köməyi göstərməyə hazır olduğumuzu bildirdik.

Trend xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Vəsilə Vahidqızı məlumat yayıb.

Onun sözlərinə görə, mərhumun qızı bildirib ki, bütün prosedurlar mərhələli şəkildə həyata keçirilir və bir-iki günə yola çıxmağı düşünürlər.

Canana xanım heç bir köməyə ehtiyac olmadığını da bildirib.

Qeyd edək ki, Azərbaycanın tanınmış bəstəkarı, Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Ruhəngiz Qasımova 82 yaşında Honkonqda vəfat edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti