...

Bakıda "Mariupolis 2" filmi nümayiş olunacaq

Mədəniyyət Materials 10 May 2023 16:29 (UTC +04:00)
Bakıda "Mariupolis 2" filmi nümayiş olunacaq

Bakı. Trend:

Mayın 17-si saat 18:00-da "Landmark Rotunda" zalında "Mariupolis 2" filmi nümayiş olunacaq.

Trend xəbər verir ki, tədbir Litva və Ukraynanın Azərbaycandakı səfirliklərinin təşkilatçılığı ilə keçiriləcək.

"Mariupolis 2" Ukraynada həlak olmuş Litva rejissoru Mantas Kvedaraviçyusun filmidir. Avropa Kino Akademiyası tərəfindən 2022-ci ilin ən yaxşı sənədli filmi adına, 75-ci Kann kinofestivalında isə münsiflər heyətinin "Qızıl göz" xüsusi mükafatına layiq görülüb.

"Mariupolis 2" Mariupol sakinlərinin müharibə şəraitində yaşayışından bəhs edən sənədli filmdir.

Xəbər lenti

Xəbər lenti