Bakı. Trend:
Bakıda keçirilən VI Bakı Beynəlxalq Memarlıq Müsabiqəsi yüksək səviyyədə təşkil edildi və dünyanın xeyli sayda ölkəsindən gələn memar qonaqlar ölkəmizdən böyük məmnunluqla ayrıldıalr.
Bu barədə Trend-ə Memarlar İttifaqının sədri, əməkdar memar Elbay Qasımzadə bildirib.
O, əlavə edib ki, VI Bakı Beynəlxalq Memarlıq Müsabiqəsi Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuşdu:
"Mədəniyyət Nazirliyinin və Memarlar İttifaqının təşkilatçılığı, Beynəlxalq Memarlar İttifaqının dəstəyi ilə VI Bakı Beynəlxalq Memarlıq müsabiqəsinin təntənəli mükafatlandırma mərasimi keçiriIidi. Müsabiqəyə təqdim olunmuş 200-dən artıq əsərdən Münsiflər Heyəti tərəfindən 21-i seçildi və mükafatlandırıldı.Bundan başqa münsiflər heyəti üzvləri Kevin Bingham, Divya Kush və Giuseppe Cappochin VI Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin Münsiflər heyətinin üzvü olaraq səmərəli işinə görə Azərbaycan Memarlar İttifaqının Fəxri fərmanları və hədiyyələrlə təltif edildilər".
E.Qasımzadə bildirib ki, bu tədbirləri keçirilməsi həmçinin yerli memarlarımızın da inkişafına səbəb olur. Əməkdar memarın sözlərinə görə, gələcəkdə də müsabiqənin növbəti mərhələsinin keçirilməsi nəzrdə tutulur.
Qeyd edək ki, Bakı Beynəlxalq Memarlıq Müsabiqələrinin 1-ci yerlərin qaliblərinə verilən kubokun eynisi Beynəlxalq Memarlar İttifaqında saxlanılmaq üçün Fransaya, BMİ-nin ştabına göndərilir və bu missiyanı yerinə yetirmək üçün Müsabiqənin kuboku Münsiflər Heyətinin sədri xanım Deniz İncedayıya təqdim edilib. Bundan başqa ona, VI Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin Münsiflər heyətinin sədri olaraq səmərəli işinə görə Azərbaycan Memarlar İttifaqının Fəxri Fərman və hədiyyələr təqdim olunub.
Mədəniyyət Nazirliyinin Bakı Beynəlxalq Memarlıq Müsabiqələrinin
həmtəsisçisi olduğu üçün mədəniyyət nazirinin müavini cənab Murad
Hüseynova Müsabiqənin kuboku təqdim olunub.
Sonra Azərbaycan memarlıq sənətinə verdiyi dəstəyə görə Azərbaycan
Respublikasının Mədəniyyət Naziri cənab Adil Kərimlinin adına
Memarlar İttifaqının Fəxri Fərmanı nazir müavininə təqdim
edilib.
Daha sonra Azərbaycan Memarlar İttifaqı Katibliyinin qərarı ilə
Beynəlxalq Memarlar İttifaqının past-prezidenti və Büro üzvü cənab
Jose Luis Kortes Azərbaycan Memarlar İttifaqının ən ali təltifi
olan “Mikayıl Useynov Xatirə medalı” ilə təltif olunub.