...

Eldar Mansurovun “Bir sabah” mahnısına yeni baxış

Mədəniyyət Materials 7 Noyabr 2023 15:40 (UTC +04:00)
Eldar Mansurovun “Bir sabah” mahnısına yeni baxış

Bakı. Trend:

8 Noyabr - Zəfər Günü ərəfəsində bir çox şirkətlər xalqımızın qürur gününə videoçarxlar həsr edir. Kapital Bank isə bu mövzuda xalq artisti Eldar Mansurovun “Bir sabah” mahnısına müraciət edib. Mahnının bankın əməkdaşlarından ibarət rok qrupu “Kapital Band” tərəfindən bəstəkarın bədii rəhbərliyi ilə ifa olunması xüsusən diqqət çəkib.

Xalq artisti Eldar Mansurov mövzu ilə bağlı bildirib ki, bir zamanlar qələbə ümidi ilə yazılan bu mahnı artıq zəfər qazanan Azərbaycanda səslənir və qələbəmizə həsr olunur. Ona görə də o, təklifi məmnuniyyətlə qəbul edib. Xatırladaq ki, mahnı zəfər notlarında yeni üslubda ifa edilib. Videoçarxı izləmək üçün: https://kbl.az/zefer

Azərbaycan ordusunun tarixi qələbəsi, həm də Vətən nisgili ilə yazılan mahnıları zəfər ruhuna köklədi. Artıq yazılacaq və səslənəcək bütün mahnılar qalib Azərbaycanı tərənnüm edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti