...

Xətai sakinləri: “Deputatımızın layiqli namizəd Fuad Muradov olmasını istəyirik” (FOTO)

Seçki 2015 Materials 18 Oktyabr 2015 12:17 (UTC +04:00)
34 saylı Xətai ikinci seçki dairəsi üzrə deputatlığa namizəd Fuad Muradov rayonun Məhəmməd Hadi küçəsində 8 binanın sakinləri ilə görüşüb.
Xətai sakinləri: “Deputatımızın layiqli namizəd Fuad Muradov olmasını istəyirik” (FOTO)

Azərbaycan, Bakı, 18 oktyabr /Trend/

34 saylı Xətai ikinci seçki dairəsi üzrə deputatlığa namizəd Fuad Muradov rayonun Məhəmməd Hadi küçəsində 8 binanın sakinləri ilə görüşüb.

Seçiciləri qarşısında çıxış edən Fuad Muradov qeyd edib ki, dairə ərazisindəki bütün ünvanlardakı mövcud məsələlər barəsində ətraflı məlumatlıdır. "Hər gün ən azı 10-12 binanın sakinləri ilə görüşlər keçirirəm. Bundan başqa bizim qərargahın üzvləri ərazilərdə olur və mövcud məsələləri araşdırır. Düşünürəm ki, burada həlli mümkün olmayan məsələ yoxdur. Əgər mənə etimad göstərsəniz sizinlə birlikdə bu və ya digər problemlərin həlli istiqamətində işləyəcəyik."

Seçicilər Fuad Muradovun onların yaşadığı dairədən namizədliyini irəli sürdüyünə görə məmnun olduqlarını ifadə ediblər. Sakinlər namizədin platforması ilə tanış olduqlarını, orada öz əksini tapan məsələlərin vacib nöqtələr olduğunu diqqətə çatdırıblar.

Bildirilib ki, Fuad Muradov istər millət vəkili kimi, istərsə də uzun illər gənclər sahəsində göstərdiyi fəaliyyətlərinə görə hər zaman seçilib. Odur ki, bizi Milli Məclisdə təmsil edəcək deputatımızın layiqli namizəd Fuad Muradov olmasını istəyirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti