Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir Elmira Tariverdiyeva/
Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Vladimir Çurov seçkiləri müşahidə etmək üçün Azərbaycana səfər etməyi planlaşdırır. Bunu Trend-ə diplomatik mənbə deyib.
Azərbaycan MSK-dan Trend-ə məlumatı təsdiq edərək bildiriblər ki, V.Çurov parlament seçkilərini müşahidə etmək məqsədilə akkreditasiyadan keçib.
Qeyd edək ki, Azərbaycanda parlament seçkiləri noyabrın 1-də keçiriləcək.