Azərbaycan, Bakı, 26 oktyabr /Trend, müxbir Elmira Tariverdiyeva/
Rusiyanın parlament nümayəndə heyəti parlament seçkilərini müşahidə etmək məqsədilə oktyabrın 30-dan noyabrın 2-dək Azərbaycanda səfərdə olacaq. Bunu Trend-ə Rusiyanın Bakıdakı səfirliyindən deyiblər.
Nümayəndə heyətinin tərkibinə Federasiya Şurasının sədr müavini İlyas Umaxanov, Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədr müavini Oleq Lebedev və Dövlət Dumasının deputatı İrina Rodina daxil olacaq.