...

Leonid Slutski: Azərbaycan o qədər uğurla inkişaf edir ki, bu prosesi qaralamağa cəhd etmək faydasızdır

Seçki 2015 Materials 27 Oktyabr 2015 16:49 (UTC +04:00)
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) ona görə Azərbaycana getmir ki, indiki seçkilərdə onlara neqativ çatmır.
Leonid Slutski: Azərbaycan o qədər uğurla inkişaf edir ki, bu prosesi qaralamağa cəhd etmək faydasızdır

Rusiya, Moskva, 27 oktyabr /Trend, müxbir Orxan Yolçuyev/

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) ona görə Azərbaycana getmir ki, indiki seçkilərdə onlara neqativ çatmır. Trend-in məlumatına görə, bunu mətbuat konfransında Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərin işləri üzrə komitəsinin sədri Leonid Slutski deyib.

Onun sözlərinə görə, DTİHB-yə sadəcə olaraq neqativ çatmayacaq, əgər neqativ yoxdursa, Bürodan olan həmkarlar qərara gəldilər ki, getməyə dəyməz: "Avropalı müşahidəçilərə Azərbaycanın uğurlarını və onun seçki praktikasının təkmilləşdirilməsini inkar etmək çətin olacaq".

L.Slutski qeyd edib ki, belə davranış DTİHB-yə başıucalıq gətirmir: "DTİHB bununla Azərbaycana deyil, özünə qarşı işləyir. Büro özünü Qərbin müxtəlif növ siyasi sifarişlərinə məruz qalan struktur kimi göstərdi. Əgər DTİHB-ni ATƏT-in tərkibində funksional struktur kimi qorumaq istəyiriksə, o zaman bu Büronun işini tamamilə yenidən qurmaq lazımdır".

O bildirib ki, hazırda Azərbaycan cəmiyyəti o qədər uğurla inkişaf edir ki, bu prosesi qaralamağa cəhd etmək faydasızdır: "Biz Azərbaycan parlamentinə seçkiləri obyektiv qiymətləndirəcəyik, obyektiv reallıqlardan çıxış edəcəyik. Hazırda Azərbaycan istənilən böhtanlardan və həqiqəti dəyişdirmək cəhdlərindən daha güclüdür. Əminəm ki, bu parlament demokratik yolla seçiləcək və ölkədə parlamentarizmin möhkəmlənməsinə xidmət edəcək. Azərbaycanda seçkilərə qarşı istənilən böhtan istənilən məkanda fiaskoya uğrayacaq və artıq uğrayıb. Azərbaycan xalqına yaxşı səsvermə və yüksək iştirak arzulayıram. Bu, çox əlamətdar hadisə və mərhələdir. Ümid edirəm ki, seçkilər layiqli, demokratik keçiriləcək və biz bunu noyabrın 2-də qeyd edə biləcəyik".

L.Slutski diqqətə çatdırıb ki, Bakının müstəqil siyasəti özünü Azərbaycan hökumətinin opponentləri kimi aparan bəzi dairələri qane etmir: "Biz belə xətti qeyri-konstruktiv və destruktiv hesab edirik. MDB məkanında çiçəklənən ölkələrdən, regionda ən ciddi tərəfdaşlardan biri olan Azərbaycanın addımlarını alqışlamaq əvəzinə, onun istənilən uğurları tərsinə yozulur və tənqid mövzusu olur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti