...

Aurelia Qriqoriu: Azərbaycanda seçkiyə hazırlıq qanunvericiliyə uyğun həyata keçirilir

Seçki 2015 Materials 27 Oktyabr 2015 21:22 (UTC +04:00)
Azərbaycanda seçkiyə hazırlıq ölkə qanunvericiliyinə uyğun həyata keçirilir.
Aurelia Qriqoriu: Azərbaycanda seçkiyə hazırlıq qanunvericiliyə uyğun həyata keçirilir

Azərbaycan, Bakı, 27 oktyabr /Trend/

Azərbaycanda seçkiyə hazırlıq ölkə qanunvericiliyinə uyğun həyata keçirilir. Trend-in məlumatına görə, bunu Seçki-2015.az saytına açıqlamasında Moldova İctimai Palatasının prezidenti Aurelia Qriqoriu deyib.

A.Qriqoriu qeyd edib: "Mən Azərbaycandakı seçki prosesini yaxından izləyirəm və tam əminliklə deyə bilərəm ki, seçki gününə hazırlıq prosesi, seçki təşviqatı mərhələsi ölkə qanunvericiliyinə uyğun həyata keçirilir".

Onun sözlərinə görə, Azərbaycan ictimaiyyətində demokratik əhval-ruhiyyə mövcuddur.

Xanım A.Qriqoriu bildirib ki, bir neçə dəfə Azərbaycanda olub və o, ölkəmizi bütün qəlbi ilə sevir: "Azərbaycan qürurlu və qonaqpərvər insanların yaşadığı möhtəşəm ölkədir. Azərbaycan demokratik inkişaf yolunu seçib. Ölkədə qanunun aliliyi real olaraq gündəlik tətbiq edilir. Xüsusilə də Azərbaycan xalqının tolerantlığını, keçmişə həssas münasibətini və ölkənin proqressiv gələcəyinə inamla addımlamasını qeyd etmək istərdim. Əlbəttə ki, hər şey heç bir ölkədə hamar deyil. Ancaq Azərbaycanda problemlərin, səhvlərin müəyyənləşdirilərək onların aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi sevindiricidir".

Xəbər lenti

Xəbər lenti