...

MDB missiyasının müşahidəçiləri Azərbaycanda seçkiqabağı vəziyyəti öyrənməyə davam edəcəklər

Seçki 2015 Materials 28 Oktyabr 2015 16:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir Anaxanım Hidayətova/

MDB missiyasının müşahidəçiləri Azərbaycanda seçkiqabağı vəziyyətin öyrənilməsi üzrə görüşləri davam etdirəcəklər. Bunu Trend-ə MDB missiyasının mənzil-qərargahının rəhbəri Yevgeni Sloboda deyib.

Onun sözlərinə görə, müşahidəçilər ölkənin bütün bölgələrində, eləcə də Naxçıvan Muxtar Respublikasında işləyəcəklər: "Müşahidə missiyasının üzvləri artıq Salyan və Neftçala rayonlarında olublar".

Y.Sloboda qeyd edib ki, MDB-dən olan müşahidəçilərin Baş Prokurorluq və Ali Məhkəmədə görüşləri planlaşdırılır: "Görüşlərdə seçki qanunvericiliyinin mümkün pozuntuları barədə şikayət və ərizələrin baxılması məsələsi müzakirə ediləcək. Oktyabrın 30-dək MDB-dən cəmi 147 müşahidəçi gələcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti