...

Avstraliya Parlamentinin üzvləri Baş Prokurorluqda olublar

Seçki 2015 Materials 28 Oktyabr 2015 19:18 (UTC +04:00)
Bu gün Azərbaycan Baş prokurorunun brinci müavini Rüstəm Usubov Milli Məclisə keçiriləcək seçkiləri izləmək məqsədilə ölkəmizdə səfərdə olan Lyuk Simpkinsin rəhbərlik etdiyi Avstraliya Parlamentinin üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.
Avstraliya Parlamentinin üzvləri Baş Prokurorluqda olublar

Azərbaycan, Bakı, 28 oktyabr /Trend/

Bu gün Azərbaycan Baş prokurorunun brinci müavini Rüstəm Usubov Milli Məclisə keçiriləcək seçkiləri izləmək məqsədilə ölkəmizdə səfərdə olan Lyuk Simpkinsin rəhbərlik etdiyi Avstraliya Parlamentinin üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, R.Usubov qonaqlara ölkəmizdə aparılan mütərəqqi məhkəmə-hüquq islahatları, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması istiqamətində həyata keçirilən mühüm tədbirlər, keçiriləcək parlament seçkiləri ilə əlaqədar prokurorluq orqanlarının qarşısında duran vəzifələr barədə ətraflı məlumat verib.

Görüşdə vətəndaşların seçki hüququnun etibarlı təmin edilməsi məsələləri ilə bağlı müzakirələr aparılıb, nümayəndə heyətinin üzvlərini maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti