...

Yevgeni Sloboda: Azərbaycanda seçkilərin normal keçirilməsi üçün hər cür şərait yaradılıb

Seçki 2015 Materials 29 Oktyabr 2015 18:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 oktyabr /Trend/

Oktyabrın 29-da Baş prokurorun birinci müavini Rüstəm Usubov Müstəqil Dövlətlər Birliyinin Müşahidə Missiyası Qərargahının rəhbəri Yevgeni Sloboda ilə görüşüb.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, seçkilərin azad və demokratik şəraitdə keçirilməsi, seçicilərin azad şəkildə öz iradələrini ifadə etməsi məqsədilə görülən işlərdən danışan R.Usubov seçki qanunvericiliyinin pozulması ilə əlaqədar prokurorluq orqanlarının qarşısında duran vəzifələr barədə ətraflı məlumat verib.

Y.Sloboda ölkəmizdə olduğu müddətdə keçirdiyi görüşlərin əhəmiyyətindən söz açaraq seçkilərin normal keçirilməsi üçün hər cür şəraitin yaradıldığını, ötən illərlə müqayisədə dairə seçki komissiyalarının üzvlərinin peşəkarlıqlarının daha da artdığının şahidi olduğunu xüsusi qeyd edərək bu işdə Mərkəzi Seçki Komissiyası ilə yanaşı prokurorluq orqanlarının maarifləndirmə sahəsindəki əməyini yüksək qiymətləndirib.

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti