...

Yevgeni Sloboda: “MDB-nin müşahidə missiyası ölkə üzrə səsvermənin monitorinqini aparacaq”

Seçki 2015 Materials 31 Oktyabr 2015 21:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 oktyabr /Trend/

MDB-nin müşahidə missiyası noyabrın 1-də həm Bakıda, həm də rayonlarda səsvermənin monitorinqini aparacaq. Bunu Secki-2015.az saytına açıqlamasında missiyanın rəhbəri Yevgeni Sloboda deyib.

Paytaxtda azı 10 məntəqəyə baş çəkəcəyini deyən Sloboda ümumilikdə seçkiqabağı prosesin normal məcrada getdiyini bildirib: "Məndə xoş təəssürat yaranıb. Azərbaycanda seçki kampaniyası sakit tərzdə və qanunauyğun şəkildə keçirilir".

Sloboda qeyd edib ki, bu gün MDB-nin icraçı katibi Sergey Lebedev MSK-nın sədri Məzahir Pənahovla görüşüb. Görüşdə seçki kampaniyasının gedişatı müzakirə edilib.

Qeyd edək ki, Azərbaycanda parlament seçkilərini izləmək üçün 40-dan çox beynəlxalq təşkilatdan 503 xarici müşahidəçi izləyəcək. Onlar arasında AŞPA, TürkPA və MDB-nin Parlament Assambleyasının nümayəndələri var. Müşahidəçi sayına görə MDB-nin müşahidə missiyası 147 nəfərlə liderlik edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti