Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir Azad Həsənov/
Azərbaycanda parlament seçkilərində heç bir qanun pozuntusu qeydə alınmayıb. Trend-in məlumatına görə, bunu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) vitse-prezidenti, Yunanıstan parlamentinin üzvü Simeon Kedekoğlu Bakıda bu gün keçirilən mətbuat konfransında deyib.
S.Kedekoğlu bildirib ki, digər beynəlxalq müşahidəçilər də bu fikirdədirlər: "Əhalinin seçkilərə marağı olduqca yüksək idi. Vətəndaşlar kifayət qədər fəal səs verdilər".