...

Bolqar müşahidəçi: Azərbaycanda keçirilən parlament seçkilərində fəallıq Avropa normalarını üstələdi

Seçki 2015 Materials 2 Noyabr 2015 11:16 (UTC +04:00)
Azərbaycanda keçirilən parlament seçkilərində fəallıq Avropa normalarından artıq idi.
Bolqar müşahidəçi: Azərbaycanda keçirilən parlament seçkilərində fəallıq Avropa normalarını üstələdi

Azərbaycan, Bakı, 2 noyabr /Trend/

Azərbaycanda keçirilən parlament seçkilərində fəallıq Avropa normalarından artıq idi.

Trend-in məlumatına görə, bunu Bolqarıstan parlamentinin deputatı, Parlamentin İqtisadiyyat və turizm komitəsinin sədri Peter Kanev noyabrın 1-də Azərbaycanda keçirilən parlament seçkilərinin yekunları ilə bağlı bu gün keçirilən mətbuat konfransında deyib: "Azərbaycanla paralel bizdə bələdiyyə seçkilərinin ikinci mərhələsi keçirildi. Azərbaycanda keçirilən seçkilərdə seçici fəallığı təxminən 52-53 faiz, bizdə Bolqarıstanda isə təxminən 50 faiz təşkil etdi".

P.Kanevin sözlərinə, görə Azərbaycan parlament seçkilərində stabilliyə səs verdi.

P.Kanev sonra qeyd edib ki, müşahidəçi kimi çox ölkələrdə, o cümlədən postsovet ölkələrində də seçkiləri izləyib: "Son həftələr ərzində Bolqarıstan, Türkiyə, Belarus və Azərbaycanda seçkilər keçirildi. Bu ölkələrin vətəndaşları göstərdilər ki, onlar sabitliyin tərəfdarıdırlar. Bizim xalqlarımız müdrikdir və qeyri-sabit bir dövrdə sabitliyə səs verdilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti