...

Bakı metrosunda hadisə, 26 yaşlı gənc qatar relsinə tullanaraq qaçmağa başladı

Gündəm Materials 25 Yanvar 2018 19:26 (UTC +04:00)
Metronun "İnşaatçılar" stansiyasında insident baş verib.
Bakı metrosunda hadisə, 26 yaşlı gənc qatar relsinə tullanaraq qaçmağa başladı

Bakı. Samir Əli - Trend:

Metronun "İnşaatçılar" stansiyasında insident baş verib.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Trend-ə verdiyi məlumata görə, bu gün saat 18:50 radələrində bir nəfər sərnişin platformadan özünü qatar yoluna ataraq relslərin üzəri ilə metronun "Elmlər Akademiyası" istiqamətinə qaçmağa başlayıb.

N.Paşayevin sözlərinə görə, dərhal stansiya işçiləri relslərdəki gərginliyi dayandırıb və polis əməkdaşları ilə birlikdə həmin şəxsin axtarışlarına başlayıb:

"Həmin şəxs saxlanılıb. Məlum olub ki, həmin şəxs 1992-ci il təvəllüdlü Ələsgərov Tamerlan Rövşən oğludur. O hüquq-mühafizə orqanlarına təhvil verilib. Hadisə nəticəsində qatarların hərəkətində 10 dəqiqə gecikmə olub və artıq gecikmə aradan qaldırılıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti