...

Azərbaycanlı gimnast: Bakıdakı Dünya Kubokunda bir çox ölkədən güclü gimnastlar olacağı üçün yüksək rəqabət gözləyirəm (FOTO)

Gündəm Materials 6 Fevral 2018 12:47 (UTC +04:00)
Azərbaycanlı gimnast Timur Bayramov ümid edir ki, mart ayında Bakıda keçiriləcək idman gimnastikası üzrə FIG Dünya Kubokunda Milli Gimnastika Arenasının tribunaları azarkeşlərlə dolacaq
Azərbaycanlı gimnast: Bakıdakı Dünya Kubokunda bir çox ölkədən güclü gimnastlar olacağı üçün yüksək rəqabət gözləyirəm  (FOTO)

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycanlı gimnast Timur Bayramov ümid edir ki, mart ayında Bakıda keçiriləcək idman gimnastikası üzrə FIG Dünya Kubokunda Milli Gimnastika Arenasının tribunaları azarkeşlərlə dolacaq.

Bu barədə gimnast Trend-ə müsahibəsində deyib.

T.Bayramovun sözlərinə görə, qarşıdan gələn yarışdan o, ilk növbədə gözəl təşkilatçılıq gözləyir: “Ümid edirəm ki, tribunalar azarkeşlərlə dolu olacaq. Bir çox ölkədən güclü gimnastların sayının çox olacağı üçün yüksək rəqabət gözləyirəm. İslam Həmrəyliyi Oyunlarında paralel halqalarda bürünc medal qazandıqdan sonra mən həm bu alətlə, həm də digər alətlərlə mürəkkəblik üzərində işləmişəm. Ümid edirəm ki, ən azı finallara çıxış uğrunda mübarizə aparacağam”.

T.Bayramov bildirib ki, doğma arenada çıxış etmək məsuliyyəti daha da artırır: “Eyni zamanda hesab edirəm ki, bu, bizi hərəkətləri daha yaxşı icra etməyə və tamaşaçıları sevindirməyə həvəsləndirəcək”.

Gimnast azarkeşlərə səslənərək onları arenaya gəlib gimnastlara azarkeşlik etməyə çağırıb.

Qeyd edək ki, 15-18 mart tarixlərində Bakı idman gimnastikası üzrə 3-cü FIG Dünya Kubokunu qəbul edəcək. Turnirdə 27 ölkədən 163 gimnast iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti