...

Moskva Dövlət Humanitar İqtisad Universiteti Azərbaycanda filial açır - Ərazi seçilir

Gündəm Materials 5 Mart 2018 13:09 (UTC +04:00)
Moskva Dövlət Humanitar İqtisad Universiteti Azərbaycanda filial açır.
Moskva Dövlət Humanitar İqtisad Universiteti Azərbaycanda filial açır - Ərazi seçilir

Bakı. Trend:

Moskva Dövlət Humanitar İqtisad Universiteti Azərbaycanda filial açılışı üçün zəruri olan sənədlərin və tədbirlər planının layihəsini hazırlayıb.

Trend-in məlumatına görə, bu barədə RİA Novosti-yə müsahibəsində Rusiyanın təhsil və elm naziri Olqa Vasileva bildirib.

Xanım O.Vasileva qeyd edib ki, bu layihənin reallaşdırılması ilə bağlı sənədlər Azərbaycan tərəfinə təqdim olunub və hazırda ərazinin seçilməsi üzrə işlər aparılır.

Xatırladaq ki, Moskva Dövlət Humanitar İqtisad Universitetinin Bakı filialının açılması məsələsi ötən il O.Vasilevanın Azərbaycana səfəri zamanı müzakirə olunub.

Qeyd edək ki, bu ali təhsil müəssisəsində məhdud imkanlı tələbələr də təhsil alırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti