...

Azərbaycan əhalisinin sayı artıb - Son statistik rəqəm

Gündəm Materials 10 Aprel 2018 11:55 (UTC +04:00)
İlin əvvəlindən Azərbaycan əhalisinin sayı 13 387 nəfər, yaxud 0,1 faiz artaraq 2018-ci il mart ayının 1-i vəziyyətinə görə 9 911 472 nəfərə çatıb.
Azərbaycan əhalisinin sayı artıb - Son statistik rəqəm

Bakı. Elçin Mehdiyev - Trend:

İlin əvvəlindən Azərbaycan əhalisinin sayı 13 387 nəfər, yaxud 0,1 faiz artaraq 2018-ci il mart ayının 1-i vəziyyətinə görə 9 911 472 nəfərə çatıb.

Trend-in məlumatına görə, əhalinin bir kvadrat kilometrə düşən sayı 114 nəfər olub.

Əhalinin ümumi sayının 52,9 faizi şəhər, 47,1 faizi kənd sakinlərinin, 49,9 faizi kişilərin, 50,1 faizi isə qadınların payına düşür. Hazırda hər 1000 kişiyə orta hesabla 1004 qadın düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti