...

Bakıya daha bir yeni metro qatarı gələn ay gətiriləcək (FOTO)

Gündəm Materials 23 Aprel 2018 13:32 (UTC +04:00)
Bakıya daha bir yeni metro qatarı gələn ay gətiriləcək.
Bakıya daha bir yeni metro qatarı gələn ay gətiriləcək (FOTO)

Bakı. Samir Əli - Trend:

Bakıya daha bir yeni metro qatarı gələn ay gətiriləcək.

Trend-in məlumatına görə, bunu "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Bakıya gətirilən yeni qatarın təqdimatında deyib.

O bildirib ki, yeni qatar 5 vaqondan ibarətdir: "Ötən ilin fevral ayında Rusiyanın "Metrovaqonmaş" şirkəti ilə 2 qatarın alınması ilə bağlı müqavilə imzalanıb. Bildiyiniz kimi, artıq qatarın biri Bakıya gətirilib. Növbəti qatar isə mayda gətiriləcək".

N.Paşayev qeyd edib ki, qatarda olan hər 5 vaqonda sərnişinlər üçün keçid mövcuddur: "Qatar son texnologiyalarla təmin edilib".

O əlavə edib ki, yeni qatarların sərnişin tutumu digərlərinə nisbətən daha çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti