...

Budəfəki diaqnostik qiymətləndirilmədə kimlər iştirak edə biləcək?

Gündəm Materials 3 May 2018 09:44 (UTC +04:00)
Təhsil Nazirliyi may ayı ərzində keçiriləcək növbəti diaqnostik qiymətləndirilmədə hansı kateqoriyaya aid şəxslərin iştirak edə biləcəyini açıqlayıb.
Budəfəki diaqnostik qiymətləndirilmədə kimlər iştirak edə biləcək?

Bakı. İlhamə İsabalayeva - Trend:

Təhsil Nazirliyi may ayı ərzində keçiriləcək növbəti diaqnostik qiymətləndirilmədə hansı kateqoriyaya aid şəxslərin iştirak edə biləcəyini açıqlayıb.

Trend-in məlumatına görə, qiymətləndirmədə əsas iş yeri olaraq müddətsiz əmək müqaviləsi əsasında işləyən müəllimlər, gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri, direktor, direktor müavinləri, məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçılar, yerli təhsili idarəetmə orqanlarında dövlət qulluğu və metodist vəzifələrində çalışanlar iştirak edə bilər.

Diaqnostik qiymətləndirilmədə əvvəlki imtahanlarda aşağı nəticə göstərən, ikinci ixtisası üzrə tədris aparan, habelə daha öncə diaqnostik qiymətləndirilmədən keçməyən şəxslərin də iştirak etməsi mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti