...

Rəis 2000 manat ödədi - İstehsalat tullantılarına görə

Gündəm Materials 18 May 2018 17:23 (UTC +04:00)
Ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.
Rəis 2000 manat ödədi - İstehsalat tullantılarına görə

Bakı. Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, reyd zamanı Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi “Bakı Tikinti Materialları” ASC-nin ərazisində istehsalat tullantılarının qalaqlanması faktı aşkar edilib.

Faktla bağlı ASC-nin sahə rəisi Vaqif Qəmbərov barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən vəzifəli şəxs qismində 2000 manat məbləğində cərimə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti