...

Azərbaycan və Serbiya arasında müntəzəm hava reysləri açılacaq

Gündəm Materials 23 May 2018 11:04 (UTC +04:00)
Hava əlaqələri haqqında sazişin imzalanması tərəflərin təyin olunmuş aviaşirkətlərinə ölkələr arasında müntəzəm reysləri açmaq imkanı verməklə yanaşı, Azərbaycan ilə Serbiya arasında ikitərəfli iqtisadi və mədəni əlaqələrin inkişafına da yardım edəcək.
Azərbaycan və Serbiya arasında müntəzəm hava reysləri açılacaq

Trend-i buradan izləyin

Bakı. Trend:

Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin və Serbiya Prezidenti Aleksandr Vuçiçin iştirakı ilə hava əlaqələri haqqında sazişin imzalanması tərəflərin təyin olunmuş aviaşirkətlərinə ölkələr arasında müntəzəm reysləri açmaq imkanı verəcək.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyindən Trend-ə verilən məlumata görə, saziş həmçinin Azərbaycan ilə Serbiya arasında ikitərəfli iqtisadi və mədəni əlaqələrin inkişafına da yardım edəcək.

Xatırladaq ki, 2018-ci il mayın 21-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin və Serbiya Prezidenti Aleksandr Vuçiçin iştirakı ilə “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında hava əlaqələri haqqında Saziş” imzalanıb.

Saziş layihəsi üzrə danışıqlar prosesi 2011-ci ildə Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası ilə Serbiya Mülki Aviasiya Direktorluğu arasında qarşılıqlı anlaşma haqqında memorandumun imzalanması ilə başlayıb. Daha sonra iki ölkənin aviasiya hakimiyyətləri ticarət və iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclas protokoluna uyğun olaraq sözügedən sazişin imzalanmaq üçün hazırlanması məqsədi ilə danışıqlar aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti