Bakı. Trend:
Rusiya Dövlət Dumasının səhiyyə komitəsi şirinləşdirilmiş qazlı suların, enerji içkilərinin, eləcə də kolbasa və sosiskaların reklamına məhdudiyyət qoyulmasını təklif edir.
Trend-in məlumatına görə, duzlu və yağlı məhsulların da reklamının azaldılması təkliflər arasındadır.
Bundan başqa, komitə qazlı içki istehsalçıları üçün vergilərin artırılması və bu məhsullara aksizlərin tətbiq olunmasını təklif edib.