...

20 minə yaxın müəllim növbəti dəfə sınağa çəkilir (FOTO)

Gündəm Materials 26 May 2018 12:17 (UTC +04:00)
Azərbaycanda müəllimlərin bilik və bacarıqlarının növbəti diaqnostik qiymətləndirilməsinə başlanılıb.
20  minə yaxın müəllim növbəti dəfə sınağa çəkilir (FOTO)

Bakı. Samir Əli - Trend:

Azərbaycanda müəllimlərin bilik və bacarıqlarının növbəti diaqnostik qiymətləndirilməsinə başlanılıb.

Trend-in məlumatına görə, qiymətləndirmə Texniki Universitetinin idman zalında keçirilir.

Qeyd edək ki, ibtidai sinif müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi bu gün və sabah keçiriləcək.

Digər fənləri tədris edən müəllimlərin diaqnostik qiymətləndirilməsi isə 29 may - 2 iyunda baş tutacaq.

Qiymətləndirməyə ilk peşə-ixtisas təhsili müəssisələrində ümumtəhsil fənlərini tədris edən müəllimlər də qatılacaq.

Diaqnostik qiymətləndirmədə ölkənin ümumi təhsil müəssisələrində çalışan 20 minə yaxın müəllim iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti