...

Azərbaycanda 520 kənd içməli su ilə təmin olunub

Gündəm Materials 5 İyun 2018 21:26 (UTC +04:00)
Ötən müddətdə Azərbaycanın bölgələrinin su təchizatının yaxşılaşdırılması ilə bağlı görülən işlər uğurla həyata keçirilib.
Azərbaycanda 520 kənd içməli su ilə təmin olunub

Bakı. Samir Əli - Trend:

Ötən müddətdə Azərbaycanın bölgələrinin su təchizatının yaxşılaşdırılması ilə bağlı görülən işlər uğurla həyata keçirilib.

Trend-in məlumatına görə, bu barədə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov"Azərbaycan" qəzetində dərc olunan məqaləsində bildirib.

Sədr qeyd edib ki, bu müddət ərzində əhalisinin sayı 630 min nəfər olan 520 kənddə də içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı işlər görülüb:

"Prezident İlham Əliyevin 2017-ci ildə imzaladığı sərəncama uyğun olaraq 28 rayonun 170 kəndində içməli su layihələri icra olunub. Həmin kəndlərdə 530 km su xətti çəkilib, əhalinin ümumi istifadəsi üçün 1400-dən artıq bulaq quraşdırılıb. Bununla da 271 min sakinin keyfiyyətli içməli suya çıxışı təmin olunub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti