...

Qorxmaz Hüseynov: Hazırda suyun mənbələrdən verilişi tam bərpa edilib, şəhərin 92-93 faizinə su veririk

Gündəm Materials 5 İyul 2018 03:24 (UTC +04:00)
Hazırda artıq suyun mənbələrdən verilişi tam bərpa edilib. Şəhərin 92-93 faizinə su veririk. Anbarlarda ehtiyatımız 45-50 faizdir.
Qorxmaz Hüseynov: Hazırda suyun mənbələrdən verilişi tam bərpa edilib, şəhərin 92-93 faizinə su veririk

Bakı. Trend:

Hazırda artıq suyun mənbələrdən verilişi tam bərpa edilib. Şəhərin 92-93 faizinə su veririk. Anbarlarda ehtiyatımız 45-50 faizdir.

Trend-in məlumatına görə, bunu "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov iyulun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar müşavirə zamanı deyib.

Qorxmaz Hüseynov dildirib: “Hadisə baş verən kimi, biz mövcud su və kanalizasiya nasosxanalarını, su mənbələrini su basmasının qarşısının alınması üçün vacib tədbirlər gördük və bu qurğuların heç birində heç bir problem olmayıb. Enerji kəsiləndən sonra mövcud vəziyyəti qiymətləndirdik. Su anbarlarındakı ehtiyatlarımız, kanalizasiya-nasos stansiyalarına aparan xətlərin təhlil imkanları olan xətlər. Həmin ərazilərə əvvəlcə ehtiyat suların qənaətlə verilməsi rejimini müəyyənləşdirdik. Harada ki nasos stansiyasına ehtiyac yoxdur, öz axınında, rejimində su verilir. Digər yerlərə suyun verilməsi üçün biz su maşınlarını işə cəlb etdik. Fövqəladə Hallar Nazirliyindən, Bakı Şəhər İcra Hakimiyyətindən, rayon icra hakimiyyətlərindən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən, öz maşınlarımızı, eyni zamanda, fərdi sahibkarlıqla məşğul olan su maşınlarını bu işlərə cəlb etdik. Rayon icra hakimiyyətləri ilə birgə biz öz axını ilə su verə bilmədiyimiz yerlərdə də əhalinin su təminatı ilə məşğul olduq. Hazırda artıq suyun mənbələrdən verilişi tam bərpa edilib. Şəhərin 92-93 faizinə su veririk. Anbarlarda ehtiyatımız 45-50 faizdir. Sabah səhər saatlarında tam rejimə çıxacağıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti