...

Enerji kəsilməsi və Elmar Vəliyevə qarşı sui-qəsdlə əlaqədar sosial şəbəkələrdə qeyri-qanuni çağırışlar edən bir qrup şəxs saxlanılıb

Gündəm Materials 9 İyul 2018 20:37 (UTC +04:00)
Respublika ərazisində elektrik enerjisinin kəsilməsi və Gəncə ŞİH başçısı Elmar Vəliyevə qarşı sui-qəsdlə əlaqədar sosial şəbəkələrdə qeyri-qanuni çağırışlar etdiyinə görə bir qrup şəxs saxlanılıb.
Enerji kəsilməsi və Elmar Vəliyevə qarşı sui-qəsdlə əlaqədar sosial şəbəkələrdə qeyri-qanuni çağırışlar edən bir qrup şəxs saxlanılıb

Bakı. Trend:

Respublika ərazisində elektrik enerjisinin kəsilməsi və Gəncə ŞİH başçısı Elmar vəliyevə qarşı sui-qəsdlə əlaqədar sosial şəbəkələrdə qeyri-qanuni çağırışlar etdiyinə görə bir qrup şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, cəzalandırılan şəxslər aşağıdakılardır:

1. Qurbanov Rabil Səlvər oğlu, 29.05.81, Bakı şəhər sakini, 30 gün müddətinə;
2. Ferazi Yaşar İbrahim oğlu, 17.06.1959, Xırdalan şəhər sakini, 30 gün müddətinə;
3. Əliyev Elxan Rüstəm oğlu, 05.10.1982, Tovuz rayon Aşağı Ayıblı kəndi, 30 gün müddətinə;
4. Mehdiyev Aqil Səlamət oğlu, 06.10.1985, Salyan rayon sakini, 30 gün müddətinə;
5. Rəhimov Əli Şahbala oğlu, 05.03.1992, Bakı şəhər sakini, 30 gün müddətinə;
6. Camalov Rəşad Şamil oğlu, 14.09.1990, Tərtər rayon sakini, 30 gün müddətinə;
7. Şıxəliyev Elsevən Akif oğlu, 05.07.1991, Lənkəran rayonu, Cəgiran kəndi sakini, 30 gün müddətinə;
8. Quliyev İlqar Humay oğlu, 27.06.1980, Sumqayıt şəhər sakini, 30 gün müddətinə;
9. Sadıqov Əfqan Hətəmxan oğlu, 06.12.1976, Cəlilabad şəhər sakini, 30 gün müddətinə;
10. Əliyev Rüfət Yaqub oğlu, 31.05.1986, Sumqayıt şəhər sakini, 30 gün müddətinə;
11. Şirinov İlknur Adil oğlu, 18.07.1991, Balakən şəhər sakini, 25 gün müddətinə;
12. Kərimov Sədi Hüseyn oğlu, 17.02.1983, Bərdə rayonu, Qəhrəmanlı kəndi, sakini, 20 gün müddətinə;
13. Hüseynli Babək Hümbət oğlu, 22.08.1992, Xırdalan şəhər sakini, 10 gün müddətinə;
14. Həşimov Afiq Mirzəxan oğlu, 10.02.1981, Neftçala şəhər sakini, 10 gün müddətinə;
15. Səfərsoy Rza Əli oğlu, 06.05.1976, Səlyan rayonu Yenikənd kənd sakini, barəsində cinayət işi qaldırılıb, axtarışdadır;
16. Qasımov Səbuhi Hafiz oğlu, 26.06.1996, Bakı şəhər sakini, barəsində cinayət işi qaldırılıb, axtarışdadır;
17. Balayev Mahir Adəm oğlu, 18.03.1981, Ağsu rayonu Hacıqədirli kənd sakini, həbsdədir;
18. Həsənov Bəhrəm Hüseyn oğlu, 17.09.1987, Ağdam rayonu Kəngərli kənd sakini, inzibati qaydada cərimə olunub;
19. Rəhimov Orxan Oruc oğlu, 07.03.1993, Bərdə rayonu, Otuzikilər kən sakini, inzibati qaydada cərimə olunub;
20. Bayramlı Səməd Elmin oğlu, 14.07.1998, Qəbələ rayonu Mıxlıqovaq kənd sakini, xəbərdarlıq edilib.

Qeyd edək ki, Baş Prokurorluq sosial şəbəkələrdə terrorçuluğa çağırışlarla bağlı və bəzi KİV-lərə qarşı cinayət işi açıb.

Belə ki, bəzi profillər vasitəsi ilə sosial şəbəkələrdə müxtəlif məzmunlu paylaşımlarda və ya şərhlərdə terrorçuluğa açıq çağırışlar edilməsi faktları üzrə Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar) maddəsi ilə cinayət işləri başlanıb.

Bundan başqa, sosial şəbəkələrdə müxtəlif məzmunlu paylaşımlar etməklə insanları qanunsuz etiraz aksiyaları təşkil edərək hakimiyyətin zorla ələ keçirilməsinə və Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar edilməsi faktı ilə bağlı isə Cinayət Məcəlləsinin 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) maddəsi ilə cinayət işi başlanıb.

Həmin cinayət işləri ibtidai istintaqın aparılması üçün Dövlət Təhlükəsizliyi Xidmətinə göndərilmiş və hazırda təqsirli şəxslərin müəyyən edilib məsuliyyətə cəlb edilmələri üçün əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti