Bakı. Samir Əli - Trend:
Bakı Nəqliyyat Agentliyi (BNA) avtobusla qatarın toqquşması ilə bağlı məlumat yayıb.
Agentlikdən Trend-ə verilən məlumata görə, 01.10.2018-ci il tarixində 160 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən "10-TG-106" dövlət qeydiyyat nişanlı sərnişin avtobusu Xəzər rayonu, Binə qəsəbəsində hərəkətdə olan qatarla toqquşub.
Bakı Nəqliyyat Agentliyinin məsul şəxsləri hazırda hadisə yerindədir.