...

"Azərişıq": Badamdarda sürüşmə baş verən əraziyə elektrik enerjisinin verilişi dayandırıldı

Gündəm Materials 12 Oktyabr 2018 15:38 (UTC +04:00)
Bu gün günorta saatlarında Bakının Səbail rayonunun Badamdar qəsəbəsinin sürüşmə olan ərazisinə elektrik enerjisinin verilişi dayandırılıb.
"Azərişıq": Badamdarda sürüşmə baş verən əraziyə elektrik enerjisinin verilişi dayandırıldı

Bakı. Samir Əli - Trend:

Bu gün günorta saatlarında Bakının Səbail rayonunun Badamdar qəsəbəsinin sürüşmə olan ərazisinə elektrik enerjisinin verilişi dayandırılıb.

Bu barədə Trend-ə açıqlamasında "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

T.Mustafayevin sözlərinə görə, təmsil etdiyi qurumun əməkdaşları hazırda hadisə yerində araşdırma aparır:

"Bəzi təhlükəli yerlərə artıq elektrik enerjisinin verilişi dayandırılıb. Digər ərazilərdə də təhlükə olarsa, elektrik enerjisinin verilişi dayandırılacaq".

Xatırladaq ki, bu gün günorta saatlarında Bakının Badamdar qəsəbəsindən 20-ci sahəyə gedən yolun kənarındakı yamacda sürüşmə aktivləşib. Hadisə nəticəsində həmin yolda hərəkət məhdudlaşdırılıb və yamacda yerləşən 8 fərdi yaşayış evinin sahibinə evləri müvəqqəti boşaltmaq tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti