...

Bakı və Buxarest arasında birbaşa aviareys açılacaq

Gündəm Materials 30 Oktyabr 2018 17:59 (UTC +04:00)
Rumıniyanın dövlət aviaşirkəti TAROM Buxarestdən Bakıya birbaşa reyslər həyata keçirəcək
Bakı və Buxarest arasında birbaşa aviareys açılacaq

Bakı. Taleh Mursaqulov - Trend:

Rumıniyanın dövlət aviaşirkəti TAROM Buxarestdən Bakıya birbaşa reyslər həyata keçirəcək.

Trend-in məlumatına görə, reyslər 2019-cu ilin aprelin 3-dən etibarən həyata keçiriləcək.

Bak-Buxarest-Bakı reysi üzrə biletlərin qiyməti 341 avrodan başlayacaq. Bilet qiymətinə 10 kiloqramadək əl yükü, 23 kiloqram baqaj və yemək daxildir.

Qeyd olunur ki, uçuşların A318 təyyarəsi ilə həyata keçirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti