...

Qızıl alverçisinə dələduzluğu "baha başa gəldi" - 5 il

Gündəm Materials 14 Noyabr 2018 15:47 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Minarə Fərzəliyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Qızıl alverçisinə dələduzluğu "baha başa gəldi" - 5 il

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Minarə Fərzəliyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə M.Fərzəliyeva 5 il azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.

İttihama görə, M.Fərzəliyeva qızıl ticarəti adı ilə "Laçın" Ticarət Mərkəzində Zümrüd Göyüşovaya məxsus qızıl dükanından 132 min manat dəyərində qızıl alıb və geri qaytarmayıb.

Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti