...

Bakıda bir avtomobilin digərinə yol verməməsi qəzaya səbəb oldu (FOTO)

Gündəm Materials 15 Dekabr 2018 09:46 (UTC +04:00)
Bakıda iki avtomobilin toqquşması nəticəsində qəza baş verib.
Bakıda bir avtomobilin digərinə yol verməməsi qəzaya səbəb oldu (FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakıda iki avtomobilin toqquşması nəticəsində qəza baş verib.

Trend-in məlumatına görə, hadisə bu gün səhər 08:45 radələrinə Mehdi Hüseynzadə parkının yaxınlığında qeydə alınıb.

Qəza Bakıxanov küçəsindən Cəfər Cabbarlı küçəsinə dönən "Hyundai" markalı 90-PU-669 dövlət qeydiyyat nişanlı avtomobilin Tbilisi prospektindən gələn "Toyota" markalı 90-TR-701 dövlət qeydiyyat nişanlı maşını gözləməməsi səbəbindən yaranıb.

Hadisə nəticəsində ciddi xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti