...

Bakıda "Hilton" hoteldə yanğın olub (FOTO)

Gündəm Materials 25 Dekabr 2018 15:04 (UTC +04:00)
Bakıda hoteldə yanğın hadisəsi baş verib.
Bakıda "Hilton" hoteldə yanğın olub (FOTO)

Bakı. Samir Əli - Trend:

Bakıda hoteldə yanğın hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Neftçilər prospektindəki "Hilton" hoteldə baş verib.

Hotelin qazanxanasının tüstü bacasında qəfil yanğın baş verib.

Hadisə nəticəsində hoteldə olanlar təxliyə olunub və hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb edilib.

Qısa müddətdə yanğının qarşısı alınıb.

Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.

Fövqəladə Hallar Nazirliyindən faktı təsdiqləyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti