...

Sahil-Mühafizə Xidməti: Türkiyədə batmış gəmidə xilas edilənlər arasında azərbaycanlılar yoxdur (ÖZƏL)

Gündəm Materials 7 Yanvar 2019 15:53 (UTC +04:00)
Qara dənizdə, Türkiyənin Samsun sahillərində batmış yük gəmisinin xilas edilən heyət üzvləri arasında hələlik azərbaycanlılar yoxdur.
Sahil-Mühafizə Xidməti: Türkiyədə batmış gəmidə xilas edilənlər arasında azərbaycanlılar yoxdur (ÖZƏL)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Qara dənizdə, Türkiyənin Samsun sahillərində batmış yük gəmisinin xilas edilən heyət üzvləri arasında hələlik azərbaycanlılar yoxdur.

Bu barədə özəl olaraq Trend-ə Türkiyə Sahil-Mühafizə Xidmətinin Samsun şöbəsindən bildiriblər.

Qeyd olunub ki, hadisə bölgəsində axtarış işləri davam etdirilir.

Məlumata əsasən, azərbaycanlılardan biri gəminin kapitanıdır.

Qeyd edək ki, Türkiyənin Samsun vilayəti sahillərində batmış yük gəmisinin heyət üzvlərindən 2 nəfəri Azərbaycan vətəndaşıdır. Gəmidə həmçinin 9 Ukrayna, 2 Rusiya vətəndaşı olub.

Son məlumatlara əsasən, 6 nəfər xilas edilib, bir nəfərin isə meyiti çıxarılıb. Batan gəmidə 20 nəfərin olduğu deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti