...

Səfirlik: Samsunda batan gəmidə 1 azərbaycanlı həlak olub

Gündəm Materials 7 Yanvar 2019 17:02 (UTC +04:00)
qəza nəticəsində bir nəfər azərbaycanlı həlak olub, digər həmyerlimizin axtarışı üzrə xilasetmə işləri davam etdirilir.
Səfirlik: Samsunda batan gəmidə 1 azərbaycanlı həlak olub

Bakı. Trend:

Azərbaycanın Türkiyədəki səfirliyi Samsun vilayəti sahillərində batan yük gəmisində iki nəfər azərbaycanlının olması məlumatını təsdiqləyib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, qəza nəticəsində bir azərbaycanlı həlak olub, digər həmyerlimizin axtarışı üzrə xilasetmə işləri davam etdirilir.

Qeyd edək ki, Türkiyənin Samsun vilayəti sahillərində batmış yük gəmisinin heyət üzvlərindən 2 nəfəri Azərbaycan vətəndaşıdır. Gəmidə həmçinin 9 Ukrayna, 2 Rusiya vətəndaşı olub.

Son məlumatlara əsasən, 6 nəfər xilas edilib, bir nəfərin isə meyiti çıxarılıb. Batan gəmidə 20 nəfərin olduğu deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti