...

Əlillərin 6,5 milyon manatını mənimsəyən cəmiyyət sədrinin məhkəməsi başladı

Gündəm Materials 14 Yanvar 2019 12:56 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən, Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev, cəmiyyətin sədr müavini Himmət Şükürov və Nərimanov Rayon İcra Hakimiyyətinin sabiq əməkdaşı Niyaməddin Şıxəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Əlillərin 6,5 milyon manatını mənimsəyən cəmiyyət sədrinin məhkəməsi başladı

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən, Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev, cəmiyyətin sədr müavini Himmət Şükürov və Nərimanov Rayon İcra Hakimiyyətinin sabiq əməkdaşı Niyaməddin Şıxəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Trend-in məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verən Bakı Şəhər Icra Hakimiyyətinin sabiq aparat rəhbəri Rasim Quliyev bildirib ki, Nərimanov rayonunda olan gözdən əlil şəxslərlə bağlı ilk olaraq mətbuatdan xəbər tutub: "O zaman bizə şikayətlər daxil oldu. Həmin şikayətlər üzrə biz adiyyəti üzrə cavablar verdik. Rayon icra Hakimiyyətlərinin verdiyi hər hansı bir sərəncama biz münasibət bildirmirdik. Bizə məktubla məlumat daxil olurdu. Həmin vaxtı Nərimanov rayon ica hakimiyyəti tərəfindən bizə məktub daxil olmuşdu. Məktubda göstərilirdi ki, siyahıya daxil olan əlil şəxslər növbəyə alınır. Biz də həmin məktuba cavab yolladıq ki, biz buna etiraz etmirik".

Şahid qeyd edib ki, Bakı Şəhər İcra Hakimiyyətinin balansında tikinti ilə bağlı hər hansı bir fond yoxdu: "Yəni konkret olaraq hazırda icra hakimiyyəti bina tikmir. Sadəcə Sovet dövründən qalma strukturda mənzil şöbəsi var. O vaxtı bununla bağlı bizə şikayətlər daxil olurdu, qəbula gəlirdilər. Biz də onlara izah edirdik ki, bu Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətlərinə daxil olan bir məsələ deyil".

Proses davam edir.

Qeyd edək ki, S.Abdullayev və digərləri Cinayət Məcəllləsinin 178.3.2-cü (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunur. İş üzrə 100-dən çox zərərçəkmişin olduğu qeyd edilib. Dəyən zərər isə ümumilikdə 6,5 milyon manatdır. İttihama görə, iş üzrə zərərçəkənlərdən əlillər üçün tikiləcək binadan mənzil adı ilə pullar alınıb. Lakin verilən sözlərə əməl edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti