...

Gəncədə iki məktəbli bacı itkin düşüb

Gündəm Materials 8 Aprel 2019 21:49 (UTC +04:00)
Gəncədə 14 və 9 yaşlı iki qız uşağı itkin düşüb.
Gəncədə iki məktəbli bacı itkin düşüb

Bakı. Samir Əli - Trend:

Gəncədə 14 və 9 yaşlı iki qız uşağı itkin düşüb.

Trend-in məlumatına görə, hadisə şəhərin Atatürk prospekti 237, bina 3-də baş verib.

Həmin binada yaşayan 2005-ci il təvəllüdlü Nipalıyeva Pərvanə Samiddin qızı və bacısı, 2010-cu il təvəllüdlü, 1-ci sinif şagirdi Nipalıyeva Ceyran Samiddin qızı aprelin 5-də səhər saat 08 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti