Bakı. Samir Əli - Trend:
Azərbaycanda səfərdə olan xarici ölkə vətəndaşı ehtiyatsızlıqdan xəsarət alıb.
Trend-in məlumatına görə, hadisə Şəki rayonunda baş verib. Azərbaycana turist kimi gəlmiş İtaliya vətəndaşı, 1940-cı il təvəllüdlü Ancela Perotti Kiş kəndindəki Kiş kilsəsinin ərazisində yıxılıb.
Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. O, xəstəxanada tibbi yardım alandan sonra ambulator müalicəyə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.