...

Bakının bir sıra küçə və prospektlərində tıxac yarandı

Gündəm Materials 22 Aprel 2019 09:13 (UTC +04:00)
Bakıda bir sıra küçə və prospektlərdə tıxac yaranıb.
Bakının bir sıra küçə və prospektlərində tıxac yarandı

Bakı. Samir Əli - Trend:

Bakıda bir sıra küçə və prospektlərdə tıxac yaranıb.

Trend-in məlumatına görə, səhər saatlarından etibarən paytaxtın Moskva, Tbilisi, Mətbuat prospektlərində, 28 may, Vağzalyanı, Rəşid Behbudov küçələrində tıxac yaranıb.

Bununla yanaşı, Qara Qarayev prospektindən Heydər Əliyev prospektinə çıxışda tıxac yarandığından avtomobillərin hərəkət istiqaməti dəyişdirilərək Ziya Bünyadov prospektinə yönləndirilib.

Hazırda həmin ərazilərdə yol polisi əməkdaşları avtomobillərin hərəkətini tənzimləməyə çalışır.

Xatırladaq ki, Bakıda növbəti Formula 1 Azərbaycan Qran Prisinin keçirilməsi ilə əlaqədar görülən tədbirlərlə bağlı bu gündən etibarən paytaxtda Bakı Şəhər Halqası üzrə avtomobil yollarında hərəkət məhdudlaşdırılıb,

Bununla əlaqədar Bakı Şəhər Halqası və ona yaxın küçələrdən keçən 17 marşrut xətti üzrə (1, 2, 4, 5, 6, 18, 31, 37, 46, 53, 61, 65, 77, 88, 125, 205, H1) avtobusların hərəkət sxemində dəyişiklik edilib. Qeyd edilən marşrut xətləri üzrə avtobuslar alternativ küçələrdən keçməklə hərəkət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti